23 iyul 2024


Mülk və İnşaat > Daşınmaz əmlakın icarəsi və alqı-satqısı > Hovuzlar, akvaparklar > Layihə nəzarəti > Tikinti texnikası > Tikinti materialları > Tikinti şirkətləri > Xüsusi sistemlər > Təmir və dizayn > Alüminium və şüşə fasad, qapi-pəncərə, PVC > Qaynaq materiallari > Asma və dartma tavanlar > Liftlər > Tikinti avadanlıqları > Skylight sistemi, Qış baxçası > İsitmə - Soyutma və Ventilyasiya sistemləri

"Kooplayihə - AHB" Firması
 

Hüseyn Artıkoğlu 1950-ci il oktyabrın 5-də Başkeçid rayonunun Qəmərli kəndində anadan olmuşdur. 1967-ci ildə Marneuli 1 saylı Azərbaycan orta məktəbini bitirib və həmin ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinə daxil olmuşdur. Həmin institutu 1973-cü ildə bitirərək Sənaye və Mülki Tikinti ixtisası üzrə inşaatçı-mühəndis peşəsinə yiyələnmişdir.
1971-1977-ci illərdə "Azdövlətlayihə" institutunda texnik, mühəndis, qrup rəhbəri və baş konstruktor vəzifələrində çalışmışdır.
1977-1980-ci illərdə Moskvada V.A.Kuçerenko adına İKMETİ-nin aspirantı olmuşdur.
1981-ci ildən texnika elmləri namizədidir.
1981-1984-cü illərdə Bakının layihə institutlarında çalışmışdır.
1984-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Dəmir-beton (indi İnşaat) konstruksiyaları" kafedrasının dosentidir.
1988-cu ildə xalq hərakatına qoşularaq Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biridir.
1988-ci ildən "Birlik" cəmiyyətinin təsis qrupunun üzvü, 22 yanvar 1990-cı ildən "Birlik" partiyasının sədri olmuşdur.
1988-ci ildən layihə və tikinti biznes fəaliyyəti ilə məşğuldur. "Kooplayihə-AHB" və "Milli Dirçəliş" firmalarının təsisçisidir. Üç yüzdən çox layihənin konstruktor kimi müəllifidir.

 


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu