28 may 2020


Mülk və İnşaat > Asma və dartma tavanlar > Qaynaq materiallari > Alüminium və şüşə fasad, qapi-pəncərə, PVC > Təmir və dizayn > Xüsusi sistemlər > Tikinti şirkətləri > Tikinti materialları > Tikinti texnikası > Layihə nəzarəti > Hovuzlar, akvaparklar > Daşınmaz əmlakın icarəsi və alqı-satqısı > Liftlər > Tikinti avadanlıqları > Skylight sistemi, Qış baxçası > İsitmə - Soyutma və Ventilyasiya sistemləri

"KARVAN - L" firması
 
  • AZ 1025, S. Vəzirov küç., 41
    Tel.:  (99412) 490 58 10, 490 58 11, 490 58 85
    Fax:  (99412) 490 58 85
    E-mail: info@karvanl.az
    Web: www.karvanl.az

 

“KARVAN-L” Azərbaycanda müxtəlif istehsal növləri ilə məşğul olan bir neçə müəssisəni özündə birləşdirən ilk və iri özəl istehsalat və ticarət  təşkilatlarından biridir.

Bizim şirkət 1993-cü ildə yaranmışdır. Şirkət üç əsas istiqamətdə fəaliyyət göstərir: kimya, lak-boya, metal dam örtüyü istehsalı. “KARVAN-L” şirkətinin işgüzar sisteminin əsasını distillə edilmiş naften turşuları, sikkativ, korroziyaya qarşı ingibitorlar, demulqatorlar, rezin texnikası üçün modifikatorlar, dam örtükləri və lak-boya məhsullarının istehsalı təşkil edir.
Biz istehsalat proqramımızı mütəmadi olaraq yeni məhsullarla inkişaf etdiririk. Yüksək istehsalat texnologiyası və müasir ekoloji tələblərə riayət etməsi bizim şirkətin etibarlı əməkdaş olduğunu sübut edir.
“KARVAN-L” şirkəti müştərilərin marağını həmişə nəzərə alır və buna görə də həmişə yüksək keyfiyyətli məhsullar istehsal edir. “KARVAN-L” şirkəti daxili və xarici bazarda yüksək keyfiyyəti və rəqabət aparmaq bacarığı ilə seçilir. 
Biz müasir nəzarət sistemi və istehsalat texnologiyası sayəsində məhsulların yüksək  keyfiyyətini qorumaqla qiymətləri xeyli azaltmağa  nail olmuşuq.
“KARVAN-L” şirkəti həm iri topdansatış müəssisəsinin, həm də adi fiziki şəxsin tələbatını ödəməyə hazırdır. Şirkətin məhsulları Azərbaycanın bütün bölgələrinə, həmçinin MDB və Baltikyanı ölkələrə, Avropaya, ABŞ, Asiyaya göndərilir. Bütün alıcılar məhsul, onun təyinatı və tətbiqi barədə informasiya  ilə təmin olunurlar.

Bizim saytımızda şirkətimizin istehsal etdiyi bütün məhsullarla, həmçinin “KARVAN-L” şirkətinin 17 illik fəaliyyəti dövründə yüksək keyfiyyətli və ekoloji cəhətdən təmiz məhsulların istehsalı üçün  yeni ideyalar və texnologiyalar tətbiq edən aparıcı  mütəxəsislərlə  tanış  ola  bilərsiniz. 

 



Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu