24 aprel 2024


Mülk və İnşaat > Daşınmaz əmlakın icarəsi və alqı-satqısı > Hovuzlar, akvaparklar > Layihə nəzarəti > Tikinti texnikası > Tikinti materialları > Tikinti şirkətləri > Xüsusi sistemlər > Təmir və dizayn > Alüminium və şüşə fasad, qapi-pəncərə, PVC > Qaynaq materiallari > Asma və dartma tavanlar > Liftlər > Tikinti avadanlıqları > Skylight sistemi, Qış baxçası > İsitmə - Soyutma və Ventilyasiya sistemləri

"BİLƏV" inşaat materiallarinin topdansatiş şirkəti
 

 Şirkətimizin tarixi 2003-cü ildən başlayır. Bu gün “Biləv İnşaat” inkişafda olan bir şirkətdir. Öz biznesimizi praktiki olaraq sıfırdan başlayaraq Biz ildən ilə satışımızın həcmini artırmaqdayıq. Bazardakı fəaliyyətimiz dövründə, şirkətimiz, böyük idxalçı şirkətlərlə qurduğumuz iş birliyi nəticəsində etibarlı partnyor reputasiyası qazanmışdır.

İnşaat sektorunda Bizimlə çalışan şirkətlərin razı qalması şirkətimizin daxilindən irəli gələn əsas məqsəddir. Şirkətimizin inkişaf strategiyası müştərilərimizə göstərilən xidmətin keyfiyyətinə, həmçinin məhsulların və xidmətlərin artırılmasına yönləndirilmişdir. Bütün bunlara çatmaq üçün şirkətimiz aşağıdakı addımları atmışdır:

• 2003 il –inşaat sektorunda şəxsi şirkətimizin fəaliyyətə başlaması və Knauf (QKL və QKLN) şirkətinin istehsalı olan alçıpanın və aksessuarlarının Azərbaycana gətirilməsi və satışının təşkili.  
• 2003 il –«Onduline Avrasya» şirkəti ilə Azərbaycanın ərazisində dilerlik və partnyorluq barəsində müqavilənin imzalanması.
• 2005 il – şəffaf dam örtükləri istehsal edən «Yapiser» Türkiyə şirkəti ilə müqavilə. 
• 2006 il – Alüminium kompozit materiallarının Çindən idxalına start verilmişdir.
• 2007 il – laminat istehsal edən “Egger” alman şirkəti ilə dilerlik və partnyorluq barəsində müqavilə imzalanmışdır.
• 2008 il – laminat istehsal edən “Arta” holland şirkəti ilə dilerlik və partnyorluq barəsində müqavilə imzalanmışdır.
• 2009 il – şəffaf dam örtükləri istehsal edən «Polser» Türkiyə şirkəti ilə müqavilə.
• 2009 il – plastik (PVC) pəncərə və qapı sistemləri profilləri istehsal edən “Lowe” şirkəti ilə müqavilə.

Şirkətimizin missiyası.

Biznesin inkişafında inşaat və digər strukturlara inşaat işlərində keyfiyyətli məhsul və servis xidməti təqdim etməklə dəstək olmaq.


   
 Elə şirkətimizin loqotipi də kəndin gözəlliyini özündə əks etdirir:  
İki dağ arasından axan çayın sahilində yerləşən Biləv kəndi.
              

             

             

Fəaliyyətimizin əsas istiqamətləri

  
Ölkə ərazisinə dam örtüklərinin və su-izolyasiya materiallarının idxalı və satışının təşkili.

Knauf-lövhələrin vurulmasında böyük rolu olan profillərin idxalı.  

Knauf-lövhələrin idxalı və topdan satışı.
  
Alman, Çin, Hollandiya, BƏƏ, Çex respublikası istehsalı olan laminat-parketin idxalı və topdan satışı. 

“Biləv” İnşaat 1999-cu ildən hal-hazıra qədər keçirilən “Baku Build Azerbaijan” inşaat sərgisində dəfələrlə müvəffəqiyyətlə iştirak etmişdir. 
Şirkətin Azərbaycanın bir çox regionlarında filialları fəaliyyət göstərir. Bundan başqa “Biləv” İnşaat şirkət olaraq dünyanın bir çox ölkələrində tanınır. 
2006 və 2007-ci illərdə “Onduline Avrasya” A.Ş. şirkətinin Azərbaycan regionu üzrə satış lideri olmuşdur və xüsusi diploma layiq görülmüşdür. 
Bütün bunlardan başqa “Biləv İnşaat” Türkiyə Səfirliyinin yenicə istismara verilmiş binası, Səməd Vurğun adına Rus Milli Dram Teatrı, Bakı şəhəri Yasamal rayonunun ərazisində yerləşən Ticarət Mərkəzinin və sair proyektlərin tikilməsində və yenidənqurulmasında böyük köməklik göstərmişdir.

Şirkətimizlə iş birliyinin üstünlükləri

 • Məhsulların qorunması üçün rahat məkanda yerləşən anbar (açıq sahə, bağlı anbar) və aldığınız məhsula zəmanət verən ofis; 
• Aldığınız məhsulun avtomobil nəqliyyatı vasitəsi ilə ünvana çatdırılması; 
• Məhsulun istehsalçı zavoddan birbaşa gətirilməsi; 
• İndividual yanaşma; 
• Qiymətlərin sərfəli sistemi; 
• Yüksək professionallığı ilə seçilən kollektiv; 
• Etibarlı iş partnyorunun ticarət markası, uzunilli iş təcrübəsi.

Keyfiyyət

“Biləv” İnşaat hal-hazırda Onduline Avrasya, Knauf, Baytaş, Proline, Arta, Egger, Lowe, Yapıser, Polser kimi şirkətlərin Azərbaycanda rəsmi distribyutorudur. 
Bizim məhsullarımızı idxal edən şirkətlər dünya bazarına yüksək keyfiyyətli inşaat materiallarını gətirən Rusiya, Türkiyə, Çex Respublikası, Çin, BƏƏ, Malaziya və Almaniya şirkətləridir.Onlardan bir çoxları beynəlxalq standartlara uyğun sertifikatlandırılmışdırlar. Təklif etdiyimiz bütün məhsullar Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət agentliyi tərəfindən Uyğunluq Sertifikatı ilə sertifikatlandırılmışdır.

Rəhbərlik

“Biləv” şirkətinin yaradıcısı və direktoru texnika elmləri namizədi Fariz Əli oğlu Əmirovdur. 
Onun rəhbərliyi altında şirkətdə 50-dən çox işçi çalışır.
Fariz Əmirov Türkiyənin Galatasaray futbol klubunun hazırkı prezidenti Adnan Polata məxsus olan “Polat Holding”-in Azərbaycanda fəaliyyət göstərən “Ege Seramik” bölməsində uzun illər Satış müdiri vəzifəsində çalışmışdır. (1994-1998-ci illər)
Bundan başqa Fariz Əmirov Azərbaycan Respublikasının İnşaat sektorunda fəaliyyət göstərən bir neçə inşaat şirkətlərinin yaranmasında və uğurlu fəaliyyət göstərməsində öz köməyini əsirgəməmişdir.
Fariz Əmirov həmçinin Azərbaycan Dövlət Neft Akademiyasının dosentidir və akademiyanın nəzdində fəaliyyət göstərən Lukoyl neft şirkətinin Mərkəzləşdirilmiş Kimyəvi analiz laboratoriyasının müdiri vəzifəsində çalışır.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu