20 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

Göygöl Şərab Zavodu
 
 
İstehsalın modernləşdirilməsi ilə əlaqədar olaraq şərab zavodunun sexlərində istehsal vasitələri və texnoloji avadanlıqlar tamamilə yenilənmişdir. Bu məqsədlə şərabçılıq sənayesi üçün avadanlıqlar istesalında aparıcı şirkət olan İtaliyanın tanınmış «TECNOFOOD GROUP» SRL şirkəti ilə müqavilələr bağlanmışdır. Hazırda zavodda aşağıdakı avadanlıqlardan istifadə olunur:
Konyak və isti halda şərab süzülməsi üçün, məhsuldarlığı saatda 3000 butulka olan süzmə xətti. Məhsuldarlığı saatda 6000 butulka olan iki tam avtomatlaşdırılmış araq süzma xətti. Bu xəttə aşağıdakı avadanlıqlar daxildir: boş butulkaların xəttə qoyulması üçün depaletayzer; boş butulkaların yaxalayan, arağı süzən və qapaq bağlayan aparat; etiket, əks etiket və aksiz yapışdıran aparat; karton qutuları hazırlayan və butulkaları qutuya yığan qablaşdırıcı aparat; karton qutuları bağlayıb yapışdıran aparat.
Üzümün qəbulu və ilkin emalı sexində: üzümün qəbulu üçün dörd bunker, hər birinin məhsuldarlığı saatda 25-30 ton olan, dörd ədəd «DPN-25» üzüm əzən-puçalayıran maşın, dörd ədəd əzmə nasosu, üzümü qəbul üçün dörd ədəd bunker, məhsuldarlığı saatda 35-40 ton olan şirəni və şərabı puçaldan ayıran və sonradan sıxan müasir «VS 150» markalı vakuum membranlı press və iki ədəd soyuducu kompressor qurğusu işləyir.
Şərabın ilkin emalı sexində paslanmayan poladdan hazırlanmış, hər birinin tutumu 3000 dekalitr olan 128 şaquli, müasir çən quraşdırılmışdır. Bu çənlər xüsusi köynəklər vasitəsi ilə onlardakı şirənin qıcqırma temperaturunun tənzimlənməsi üçün avtomatik sistemlə və qırmızı şərab hazırlanması texnologiyasına uyğun olaraq qarışdırılma və boşaltma sistemi ilə tachiz olunmuşdur.
Şərabın ikinci emalı sexi kamera, şərabın soyuq üsulla emalı üçün soyuducu kamera, pasterizə edilməsi, yapışqanlanması və təmizlənməsi üçün xüsusi qurğu və avadanlıqlarla təchiz olunmuşdur. Zavodda bir texnoloji qurğu kimi, Qafqazda analoqu olmayan, 18-ci əsrin ortalarında tikilmiş, dərinliyi 15 metr, uzunluğu 800 metr, ümumi sahəsi isə 6000 kvadrat metr olan şərab zirzəmisi fəaliyyət göstərir. Burada klassik üsulla hazırlanmış kolleksion şampanlar, madera və yüksək keyfiyyətli süfrə şərabları saxlanır.
Zavodun ərazisində ümumi həcmi eyni vaxtda 1 200 000 dekalitr olan içərisi şüşə emallı polad çənlər var. Zavodun konyak spirtini, madera şərablarını, yüksək keyfiyyətli portveyn və kaqor şərablarını saxlamaq üçün nəzərdə tutulmuş palıd çəlləklərin ümumi tutumu 1 000 000 dekalitrdir.
Yüksək keyfiyyətli konyak spirti almaq üçün 2 ədəd K-5 konyak çəkmə aparatından istifadə edilir. Klassik üsulla hazırlanan kolleksiyon şampan şərabları istehsalı üçün, illik məhsuldarlığı 300 000 butulka olan avadanlıqlar artıq alınmışdır.
Şərab emalında müasir süzmə aparatlarından — kizelqur filtri və lövhəşkilli filtrlərdən istifadə edilir.
Üzümçülük təsərrüfatında üzüm tinglərinin basdırılmasında hidroborulardan, dərman çiləyici və dirək basdıran qurğudan istifadə olunur.
Hazır məhsulun respublikanın böyük şəhərlərinə və regionlara daşınması üçün zavod böyük avtomobil təsərrüfatına malikdir. Gələcəkdə nəzərdə tutulan məhsul istehsalının artırılmasına uyğun olaraq, istehsal vasitələrinin gücünün də artırılması nəzərdə tutulmuşdur.
 
 


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu