24 aprel 2024


SƏHİYYƏ VƏ SAĞLAMLIQ > Tibbi avadanlıqlar > Sağlamlaşdırma mərkəzləri > Qaralma studiyaları > Əczaçılıq firmaları > Baytarlıq xidmətləri > Klinikalar > Apteklər > Müayinə və Müalicə Xaricdə

"VƏFALI DOSTLAR"
 
  • AZ 1000, Teymur Əliyev, 67/71, mən. 97
    Tel.:  (99412) 436 46 01, 436 46 02
    Fax:  (99412) 436 46 02
    Моb.: (99450) 355 17 17, (99455) 355 17 17, (99470) 355 17 17
    Web: www.vetclinic-az.com

“Vəfalı dostlar” Baytar Klinika 

Bakıda yoxlamaların (“çek-ap”), vaksinasiyaların, qulaqların, dişlərin, pişiklərin dırnaqlarının təmizlənməsinin həyata keçirildiyi bir yer vardır. Vəfalı dostlar klinikasında cərrahiyyədən başlamış rahat saxlanmaya qədər müxtəlif xidmətlər həyata keçirilir (yalnız pişiklər üçün).

Biz sahibsiz pişiklərə də qayğı göstəririk...... 

Klinikanın menecerinin, Mehman Fərziyevin sözlərinə görə ev heyvanlarına qayğıdan başqa bizim klinikada evsiz heyvanlara da  qayğı göstərirlər. Ümumiyyətlə, müalicədən sonra pişiklər klinikanın maşınları vasitəsilə öz yaşayış yerlərinə qaytarılırlar. Lakin, onların bəziləri klinikanın daimi sakininə çevrilirlər. Pişiklər “pişik otelində” saxlanılırlar. Oteldə onlar sahibi olan pişiklərlə bərabər yaşayırlar.  

Gələcəkdə birələrlə keçən xəstəliklərin müalicəsi xidmətlərinin həyata keçirilməsi planlaşdırılır.  

Klinikada pişik və itlərin müayinəsi və müalicəsi doktor – baytar Cavid Dilbazov tərəfindən həyata keçirilir.

Buna əlavə olaraq heyvanlar birələrlə keçən mövsümi xəstəliklərə və digər infeksion xəstəliklərə qarşı müalicə olunurlar.

Qış bitdikdən sonra bahar gəlir və balaca heyvanlar birə və gənələr vasitəsilə xəstəliklərin axınına hədəf olurlar.

Pişiklər üçün otel.  

Hal-hazırda oteldə xeyli pişik məskunlaşmışdır. Onların üçünün sahibi vardır, qalanlarının isə isti yuvaya ehtiyacı vardır. Bütün pişiklər axtalanmışdır. Otelin böyük zalında dünyasını dəyişmiş pişiklər üçün heykəllər qoyulmuşdur. Burada bizim bütün heyvanların şəkilləri vardır.

Hər bir pişiyin öz adı vardır: bunlar Markiz, Samirka, Qreys, Kuzi, Dudu v.s 

Sterilizasiya, vaksinasiya və cərrahiyyə........   

Gəlin indi də qiymətlərdən söhbət açaq. Pişik və itlərin müayinəsi sadəcə 10 AZN-dir. Cərrahiyyə əməliyyatları üçün qiymətlər fərqlidir. Məsələn, əgər pişiyin pəncəsi sınmışdırsa, onun yerinə oturdurulması və gipslə bağlanması 20 AZN-dir. Pişiklərin dişlərinin təmizlənməsi 10 AZN-dir. Əgər siz heyvanınızın fizioloji sakitliyini pozmaq istəmirsinizsə yalnız 15 AZN-ə prosedur ümumi anesteziya altında həyata keçirilə bilər. İtlər üçün qiymətlər bir az fərqlidir. Dişlərin təmizlənməsi 15 AZN-dir, anesteziya altında isə 20 AZN-dir.  

Vəfalı dostlar klinikası yüksək səviyyədə təsis edilmiş, tam xidmətli, kiçik heyvan veterinar xəstəxanasıdır, klinikada müqayisəli tibbi və cərrahi xidmət həyata keçirilir. Bizim baytarların müalicə işində böyük təcrübəsi vardır. Bizim ev laboratoriyası və müxtəlif xarici laboratoriyalar vasitəsilə biz ev heyvanları üçün geniş spektrli diaqnoz xidmətləri təklif edirik. Biz xəstələr üçün radioloji və ultrasəs müayinəsi həyata keçiririk. Bizim rahat ofis saatlarımız sizin cədvəlinizə uyğun olaraq görüş vaxtlarının təyin edilməsinə köməklik göstərəcəkdir.

Sizin ev heyvanınızın bizim yuvada qalmasından və ya bizim klinikada müalicə almasından asılı olmayaraq biz sizə səs məsləhəti verəcəyik və veterinar qayğı vasitəsilə sizin sevimli heyvanınızın əlavə illər boyunca sizin mehriban ailənizdə sağlam şəkildə qalmasını təmin edəcəyik.  




Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu